SON DƏQİQƏ: Türkiyə ABŞ və İran müharibəsinə qoşulacaq, savaş qızışacaq…backend

SON DƏQİQƏ: Türkiyə ABŞ və İran müharibəsinə qoşulacaq, savaş qızışacaq...

Yaxın Şərqdə son illər artan geosiyasi gərginliklər fonunda İsrail ilə İran arasında mümkün qarşıdurma ehtimalı region ölkələri üçün ciddi risklər yaradır. Ekspertlər hesab edir ki, belə bir ssenaridə münaqişənin coğrafiyasının genişlənməsi və təsir dairəsinin digər ölkələrə, o cümlədən Türkiyə istiqamətində yönəlməsi ehtimalı da müzakirə mövzusudur.

Bəs bu risk nə dərəcədə realdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Faiq Ələkbərli bildirib ki, son illərdə Yaxın Şərq bölgəsi faktiki olaraq münaqişə ocağına çevrilib:

Şuşa Bəyannaməsi GÜNDƏMDƏ | KONKRET

“Bir tərəfdən İraq, Suriya və İran müxtəlif qarşıdurmaların mərkəzindədir. Digər tərəfdən isə bu münaqişə arealının genişlənərək Türkiyəyə qədər uzanması ilə bağlı müəyyən plan və cəhdlər müşahidə olunur. Son dövrlərdə ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi qısamüddətli hərbi qarşıdurmadan sonra atəşkəsin elan olunmasının bir sıra səbəbləri var. Müharibənin qısa müddətdə dayandırılmasında Türkiyənin balanslı və ehtiyatlı mövqeyi də rol oynadı. Əslində müəyyən dairələr Türkiyənin də bu münaqişənin tərəflərindən birinə çevrilməsinə çalışırdı”.

F. Ələkbərli qeyd edib ki, bəzi hallarda İran tərəfindən Türkiyə istiqamətində atılan raketlərə Ankaranın cavab verməməsi təsadüfi deyil:

“Bu, Türkiyənin münaqişəyə birbaşa cəlb olunmaq istəmədiyini göstərir. Türkiyə nə İranın tərəfində müharibəyə qoşula bilər, nə də ABŞ və İsrail blokunda açıq şəkildə iştirak etməsi real görünür. Xüsusilə də Türkiyə ilə ABŞ arasında münasibətlər həm NATO çərçivəsində, həm də ikitərəfli əsasda müəyyən hüdudlar daxilində davam edir.

İsrailin Türkiyəni daha sərt mövqe tutmağa təşviq etməsi cəhdləri hiss olunsa da, bu baş verməyib. Lakin növbəti mərhələdə proseslərin dolayısı ilə Türkiyəyə yönəlməsi ehtimalı istisna edilmir. Regionda baş verən hadisələrin nəticəsində Türkiyəyə təzyiq göstərmək, onu zəiflətmək və hətta münaqişə zonasına çevirmək istəyən qüvvələr mövcuddur”.

Politoloq əlavə edib ki, rəsmi Vaşinqton hələlik İsrailin bu istiqamətdə bütün çağırışlarını qəbul etməyib:

“Buna baxmayaraq, Türkiyə maksimum diqqətli olmalı, özünün nə İran, nə də Suriya və İraq kimi zəifləmiş dövlətlərdən olmadığını nümayiş etdirməlidir.
Ankara regional və beynəlxalq əməkdaşlıq formatlarını gücləndirməlidir. Xüsusilə Türk Dövlətləri Təşkilatı və digər müsəlman ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsi Türkiyənin mövqeyini daha da gücləndirə bilər. Hər hansı qarşıdurma halında isə Türkiyə özünü daha güclü və qalib tərəf kimi ortaya qoya biləcək potensiala malikdir”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*