Sosial həssas təbəqədən olan tələbələrin NƏZƏRİNƏ – VAXT UZADILDIbackend

Sosial həssas təbəqədən olan tələbələrin NƏZƏRİNƏ - VAXT UZADILDI

e-telebe.edu.az portalına müraciət tarixi uzadılıb.

KONKRET.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, portala müraciət iyulun 1-dək uzadılıb.

Qeyd edək ki, mayın 21-dən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi http://e-telebe.edu.az istifadəyə verilib. Həmin qrupa daxil olan tələbələr elektron sistemdə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, təhsil, ailə üzvləri haqda və digər zəruri məlumatları əlavə etməlidirlər. Məqsəd xüsusi karantin rejimində tələbələrin işinin asanlaşdırılması üçün onlara yeni imkan yaratmaqdır.

Xatırladaq ki, Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı 20 mindən artıq tələbəni əhatə edir. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.

Qərar yalnız ali təhsil müəssisələrində təhsil alanları deyil, orta ixtisas və peşə təhsili üzrə əyani təhsil alan tələbələri də əhatə edir. Təkrar ali və orta ixtisas təhsili alan tələbələrə isə şamil edilmir.

Günay Elşadqızı

  • Brilyant
    İyun 27, 2020 - 00:00

    Menim ödenişimi dövlet ödemir çünkü pay torpagimiz var..

  • Brilyant
    İyun 27, 2020 - 00:03

    Menim ödenişimi dövlet ödemir çünkü pay torpagimiz var..Menìm ödenişimide ödeyin.

  • Brilyant
    İyun 27, 2020 - 00:16

    Dovlet menim odeniwimi odemir mende telebeye.. cunku pay torpagimiz var. Menimde odeniwimi odeyin..imkanimiz yoxdu

Brilyant üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*