ABŞ-da yaşayan soydaşlarımız insan haqlarının müdafiəsi ilə məşğul olan “Human Rights Watch” təşkilatının Nyu-Yorkdakı qərargahı önündə aksiya keçiriblər.
KONKRET.az xəbər verir ki, Azərbaycan, Türkiyə və Amerika Birləşmiş Ştatlarının bayraqlarını dalğalandıran aksiya iştirakçıları təşkilatdan Ermənistanın işğalçı və təcavüzkar siyasətinə dur dəməyə, ermənilərin Azərbaycan torpaqlarında törətdiyi cinayətlərə beynəlxalq hüquq müstəvisində cavab verilməsini tələb ediblər.
