“SpaceX” Pentaqondan Ukraynaya “Starlink” peyklərinin tədarükü üçün ödəniş TƏLƏB ETDİbackend

"SpaceX" Pentaqondan Ukraynaya "Starlink" peyklərinin tədarükü üçün ödəniş TƏLƏB ETDİ

Amerikanın “SpaceX” şirkəti sentyabr ayında Pentaqona xəbərdarlıq edib ki, “Starlink”in Ukraynadakı peyk şəbəkəsinin maliyyələşdirilməsini dayandıra bilər.

KONKRET.az xəbər verir ki, bu barədə  “CNN” məlumat yayıb.

Bildirilib ki, şirkət hərbi idarədən xərclərin ödənilməsini istəyib.

SpaceX” hesab edir ki, ilin sonunadək peyklər üçün avadanlıq dəstlərinin tədarükünə 124 milyon, 2023-cü ildə isə təxminən 400 milyon dollar xərclənəcək.

Nəşrin məlumatına görə, “Starlink” döyüş meydanında Ukrayna hərbçiləri arasında əlaqəni təmin edir.

Bu günə qədər Ukrayna 20 minə yaxın “Starlink” peyki alıb. “SpaceX”in yaradıcısı İlon Mask bunun şirkətə 80 milyon dollara başa gəldiyini, ilin sonuna isə xərclərin 100 milyonu keçəcəyini deyib.

Oktyabrın əvvəlində Ukrayna silahlı qüvvələri bütün cəbhə xətti boyu “Starlink”in işində fasilələr olduğunu bildirib. Bu, ukraynalıların cəbhəni yarmaq cəhdlərinə təsir edib.

Qeyd edək ki, “Starlink” şəbəkəsi 260 kq ağırlığında çoxlu sayda cihazları yerləşdirməklə internetə çıxışı təmin etmək üçün nəzərdə tutulub. Bir stansiyanın qiyməti 1,5 min, ikisinin dəsti isə 2,5 min dollardır. “Starlink” şəbəkəsi təkcə elektron rabitə üçün deyil, həm də dronları idarə etmək və video göndərmək üçün istifadə olunur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*