Stepan Danielyan: “Azərbaycanda böyük dəyişikliklər inqilabla deyil, təkamül yolu ilə baş verir”backend

Stepan Danielyan: “Azərbaycanda böyük dəyişikliklər inqilabla deyil, təkamül yolu ilə baş verir”

“Azərbaycanda ciddi proseslər gedir”. KONKRET.az xəbər verir ki, bunu politoloq Stepan Danielyan özünün facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın hakimiyyətə yolu getdikcə açılır. Politoloq Mehriban Əliyevanın Rusiyada ən yüksək səviyyədə qəbul edildiyini, bu ölkənin ən yüksək “Dostluq” ordeni ilə təltif olunduğunu təsadüfi hesab etmir. “Artıq Mehriban Əliyeva Dağlıq Qarabağ münaqişəsi ilə də bağlıvə digər beynəlxalq mövzularda danışmağa başlayıb”.

Stepan Danielyan Azərbaycanda növbədənkənar parlament seçkilərini isə belə şərh edib: “Klanlar dəyişir, bəziləri kənarda qalacaq, bəziləri oyuna girəcək. Yüksək rəhbərlərin və oliqarxların həbsi də istisna edilmir”.

“Bir sözlə Azərbaycanda böyük dəyişikliklər inqilabla deyil, təkamül yolu baş verir”

Danielyan onu da bildirib ki, bütün bunlar Azərbaycan üçün çox çətin bir proses olacaq.

 

Bir cavab yazın