“Su çox bahadır və qiymət artımına ehtiyac yoxdur” – Tariflərin dəyişəcəyi xəbərinə REAKSİYAbackend

"Su çox bahadır və qiymət artımına ehtiyac yoxdur" - Tariflərin dəyişəcəyi xəbərinə REAKSİYA

Azərbaycanda suyun qiymətinin bahalaşa biləcəyi ilə bağlı yayılan xəbərlər cəmiyyət tərəfindən narahatlıqla qarşılanıb. Məlumata görə, yaxın zamanlarda su tariflərinin yenidən artırılacağı, sudan sui-istifadə hallarının qarşısının alınması üçün belə bir addımın atılacağı gündəmdədir. Bəs görəsən, Azərbaycanda indiki şəraitdə sudan istifadəyə görə tariflərin artırılması mümkündürmü? Ümumiyyətlə buna hər hansısa bir zərurət varmı? 

Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda suyun qiymətinin artırılmasına ehtiyac yoxdur: “Onsuz da ölkədə su çox bahadır. Bu yaxınlarda tariflər iki dəfə artırılıb. Bu baxımdan suyun qiymətində hansısa dəyişikliklərin olacağına inanmıram. Çünki bu addım həm əhalinin sosial rifahına, həm də biznesə mənfi təsir göstərə bilər. Ölkədə suya bağlı biznes sahələri həddindən artıq çoxdur. İctimai-iaşə sektorunda, qazlı-qazsız içkilərin istehsalında və digər sahələrdə sudan çox böyük istifadə olunur. Bu səbəbdən də, yaxın zamanlarda belə bir qərarın veriləcəyini düşünmürəm”.

Natiq Cəfərli: “Dolların başqa bir valyuta ilə əvəzlənəcəyini düşünmürəm”

Ekspert əlavə edib ki, hazırda dəniz suyunun şirinləşdirilməsi və digər layihələrin həyata keçirilməsi üçün işlərə başlanılıb: “Bu layihələrin maya dəyəri ilə bağlı hələ dəqiq hesablamalar verilməyib. Bunu bəhanə edərək yaxın illərdə (2-3 il) suyun qiymətinin artırılması ilə bağlı qərar verilə bilər. Amma ən azı bu il sözügedən məsələ ilə bağlı qərarın qəbul olunması ehtimalı çox zəifdir. Əgər sudan istifadəyə görə tariflər artırılsa, bu, həm iqtisadiyyata, həm də əhalinin yaşayışına çox ciddi təsir göstərəcək”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*