Süd Yolunda gizli qara dəliyin sübutları tapıldıbackend

Süd Yolunda gizli qara dəliyin sübutları tapıldı

Astronomlar, təxminən 17 min işıq ili uzaqlıqda, Omega Centauri adlı ulduz klasterinin mərkəzində kütləsi ən azı 8200 günəş kütləsinə ekvivalent olan qara dəliyin sübutunu tapıblar.

KONKRET.az xəbər verir ki, bu barədə Almaniya Astronomiya İnstitutu məlumat yayıb.

Nəhəng qara dəliyi sübut edən faktlara görə, “Omega Centauri” bir vaxtlar Gaia Sosis adlı cırtdan qalaktikasının nüvəsi olub.

Bu dəlik təxminən 150 işıq ili genişliyindədir və təxminən 10 milyon ulduzu özündə ehtiva edir.

“Hubble” Kosmik Teleskopundan istifadə edərək 20 il ərzində toplanmış 500-dən çox görüntülü məlumatlardan istifadə edilib. Komanda “Omega Centauri” mərkəzi bölgəsinin yenilənmiş və daha ətraflı kataloqunu yaradıb. Böyük, görünməz kütlənin təsirinə məruz qalmış ulduzlar müəyyən edilib.

Hazırda mərkəzi bölgədə orbitdə olan “Sgr A*” ilə çox oxşar olan, sürətlə hərəkət edən ulduzlar haqqında bilgi toplanılır.

Alimlər tərəfindən ulduzların sürət və hərəkətləri diqqətlə araşdırılır, qarşılıqlı təsirdə olduqları görünən cismin kütləsinin aşağı həddi təyin edilir.

Tədqiqatçılara görə, orta kütləli qara dəliklə bağlı inandırıcı arqumentlər artıq formalaşıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*