Türkiyənin Daxili işlər naziri Süleyman Soylu ilə vətəndaşlar arasında qaçqınlarla bağlı mübahisə yaşanıb.
KONKRET.az haberler.com-a istinadən xəbər verir ki, vətəndaşlarla görüş zamanı Soylunun “Suriyada bir milyon şəhid var”,- deməsi insanların narazılığına səbəb olub.
Belə ki,vətəndaşlardan biri, “Mənim əsgərim, mənim polisim öləcəyinə, onlar ölsün!”,- deyə ifadə işlədib.
Hətta bəzi vətəndaşlar nazirə əfqanların, suriyalıların Türkiyədə qaçqın kimi məskunlaşmasına narazılıqlarını bildiriblər./unikal.org/
