Sülh müqaviləsi Ermənistana nə vəd edir? – Sarkisyandan AÇIQLAMAbackend

Sülh müqaviləsi Ermənistana nə vəd edir? – Sarkisyandan AÇIQLAMA

“Azərbaycan və Türkiyə ilə barışıq bizə nə gətirəcək?”

KONKRET.az erməni portallarına istinadən xəbər verir ki, bu barədə erməni politoloq Suren Sarkisyan öz Facebook səhifəsində yazıb.

Sarkisyan bölgədəki vəziyyətin inkişafının mümkün ssenarilərini təqdim edib:

“Azərbaycan tərəfdən:

Azərbaycanla imzalayanacaq böyük barışıq müqaviləsi aşağıdakıları əhatə edəcəkdir:

  1. Azərbaycanın ərazi bütövlüyünün tanınması;
  2. Azərbaycana qarşı ərazi iddialarının imtina edilməsi;
  3. Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələrin qurulması, sərhədlərin açılması;
  4. Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası (əsasən Ermənistan əraziləri hesabına);
  5. Ermənistanın ordudan imtina etmə və az sayda polis qüvvəsi ilə məhdudlaşma öhdəliyini götürəcəyi istisna edilmir.

Türkiyə tərəfdən:

Ermənistan-Türkiyə barışıq müqaviləsinin imzalanması aşağıdakıları əhatə edəcəkdir:

  1. “Soyqırım”ın tanınması siyasətinin rədd edilməsi, Türkiyənin ərazi bütövlüyünün tanınması, ərazi iddialarından imtina edilməsi;
  2. Ermənistanın müstəqilliyini elan etmək, Ararat şəklini gerbdən çıxarmaq;
  3. Sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması;
  4. Türkiyəni Azərbaycanla birləşdirən dəhlizin yaradılması;
  5. Türkiyə və ya Azərbaycanın təhlükəsizliyinə təhdid edə biləcək hər hansı bir dövlətin Ermənistan ərazisində hərbi mövcudluğunu rədd etmək.

Bütün bunların qarşılığında Azərbaycan-Türkiyə bizə böyük investisiyalarla deyil, ancaq iqtisadi inkişaf üçün kapital vəd edəcək”.

Sonda Suren Sarkisyan qeyd edib ki, bu, Cənubi Qafqaz və Qara dəniz bölgəlsindəki Qərblə Şərq arasındakı qlobal rəqabətin gedişatından asılı olan bir proses olacaq.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*