“Sülh müqaviləsində Qarabağı Azərbaycandan kənarda qeyd etmək OLMAZ” – Simonyan backend

"Sülh müqaviləsində Qarabağı Azərbaycandan kənarda qeyd etmək OLMAZ" - Simonyan 

Sülh müqaviləsində Qarabağı Azərbaycandan kənarda qeyd etməyə ehtiyac yoxdur.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, Azərbaycanla bağlanan sülh müqaviləsində Qarabağın adının çəkilməsinə ehtiyac yoxdur.

Belə bir bəndin gətirilməsi Azərbaycandan qarşılıqlı tələblərin yaranmasına səbəb olar və sülh müqaviləsini heçə çevirə bilər.

Jurnalist spikerdən qondarma rejimin “xarici işlər naziri” David Babayanın İrəvanla Bakı arasında gələcək sülh müqaviləsində Qarabağın Azərbaycanın tərkibində olmaması ilə bağlı bənd olması barədə sözlərinə münasibət bildirməsini xahiş edib.

“Düşünmürəm ki, mümkün sülh müqaviləsində Ermənistan və Azərbaycanın imzalayacağı belə bir qeyd olmalıdır. Bu, qarşılıqlı tələbə səbəb ola bilər. İkincisi, Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb. Və ərazilərin göstərilməsi yalnız işi çətinləşdirəcək və ola bilsin ki, mümkün sülh müqaviləsi heçə çevrilsin”, – deyə Simonyan bildirib.

Onun fikrincə, Qarabağ bütün müzakirələrdə müstəqil şəkildə iştirak etməlidir və iştirak edir. “Ermənistan və Qarabağ ayrı olanda bir variant var idi, biz bu varianta getmədik”, – deyə spiker bildirib.

Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Ermənistan və Azərbaycan ilin sonuna qədər sülh müqaviləsi imzalamaq niyyətindədir.

Onun sözlərinə görə, saziş Ermənistanla Azərbaycan arasında münasibətləri tənzimləyəcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*