Bir müddət əvvəl Kəlbəcərə gedən Azərbaycan avtomobilləri Rusiyan sülhməramlıları tərəfindən yoxlanılarkən onların yanında erməni separatçısı da olub.
KONKRET.az-ın məlumatına görə, hərbi dairələrdəki mötəbər mənbələr bildirir ki, Azərbaycan tərəfinin Rusiya sülhməramlılarının rəhbərliyi ilə Qarabağdakı son təmasları zamanı Rusiya tərəfi aydın təminat verib ki, erməni separatçısı bir daha bizim maşınlara yaxınlaşmağa cürət etməyəcək, yük maşınlarımızı yoxlamayacaq. Rus sülhməramlılar onları daha içəri buraxmayacaq.
Biz də öz növbəmizdə yerlərdə bu sazişin icrasına nəzarət edəcəyik və həmkarlarımızı buna çağırırıq.
Xuraman Etibarlı,
KONKRET.az
