“Sülhməramlıların olduğu ərazidə antiterror əməliyyatları aparmaq lazım gələcək” – İLGİNC AÇIQLAMAbackend

“Sülhməramlıların olduğu ərazidə antiterror əməliyyatları aparmaq lazım gələcək” – İLGİNC AÇIQLAMA

Vətən müharibəsində məğlub olan Ermənistan hələ də öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Sülh müqaviləsinin imzalanması ilə bağlı “yağlı” vədlər verən Nikol Paşinyan görünür, sözünə əməl etmək istəmir. Çünki Ermənistanda kütləvi etiraz aksiyaları səngimək bilmir. Belə bir məqamda mayın 23-də Avropa İqtisadi Zonasının Şurasının Brüsseldə baş tutacaq 54-cü sessiyası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün baş tutacağına dair məlumatlar yayılıb. Görüşdə Paşinyanın bəzi güzəştlərə gedəcəyi də ehtimal edilir.

Maraqlıdır, belə bir görüş həqiqətən də keçiriləcəkmi? Əgər Brüssel görüşü baş tutarsa hansı müsbət nəticələr əldə oluna bilər?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Əhəd Məmmədli cavablandırıb. O bildirib ki, Avropanın Ermənistana hansı mesajlar verəcəyi bəlli deyil: “Aprel ayında keçirilən Brüssel görüşündən sonra Paşinyan sülh ümqaviləsi ilə bağlı pozitiv açıqlamalar verdi. Lakin Moskva səfərindən sonra o, tamamilə əks fikirlər səsləndirdi. Son günlər müxalifətin etirazları ölkədə qarşıdurma yaradır. Ola bilsin ki, Paşinyan bu dəfə də Brüsselə gedəcək. Əgər Ermənistan öz öhdəliklərinə sadiq qalmasa, tərəflər arasında diplomtik müstəvidə qarşıdurma yarana bilər. Lakin Avropadan Ermənistana hansı mesajların veriləcəyi bəlli deyil”.

Əhəd Məmmədli: "2022-ci il Azərbaycanda Xənkəndi ili olmalıdır"

Politoloqun fikrincə, Rusiya sülhməramlılarının olduğu ərazidə antiterror əməliyyatları aparmaq lazım gələcək: “Avropa Ermənistandan Türkiyənin müttəfiqi olan Azərbaycanla anlaşmaya gəlməsini istəyəcək. Lakin Paşinyanın özünü necə aparacağı sual altındadır. Ötən ay baş verən hadisələrin ssenarisi təkrarlana bilər. Çünki Paşinyan qeyri-sabit şəxsdir və onun fikirləri stabil deyil. Ona görə də Azərbaycan bu məsələdə sərt mövqe ortaya qoymalı və Ermənistana sonuncu xəbərdarlığını etməlidir. Əgər rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımasa, hərbi müstəvidə qarşıdurma yaşanacaq. Bunun günahkarı isə Ermənistan tərəfi olacaq. Hesab edirəm ki, Rusiya sülhməramlılarının olduğu ərazidə antiterror əməliyyatları aparmaq lazım gələcək. Yalnız bundan sonra Ermənistan sülh müqaviləsinə razılıq verə bilər”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*