“Sülhməramlıların Qarabağda mandatının uzadılmasını təklif etdim, RƏDD EDİLDİ” – Paşinyanbackend

"Sülhməramlıların Qarabağda mandatının uzadılmasını təklif etdim, RƏDD EDİLDİ" - Paşinyan

“Sülhməramlıların Qarabağda mandatının uzadılmasını təklif etdim, rədd edildi”.

KONKRET.az xəbər verir ki, bunu noyabrın 2-də Nikol Paşinyan parlamentin daimi komissiyalarının birgə iclasında 2023-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

“Soçidə erməni tərəfi Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin mandatının uzadılmasını təklif etdi. Lakin sonda təklif rədd edildi”,- Paşinyan deyib.

Onun sözlərinə görə, mandatın qeyri-müəyyən müddətə uzadılması təklif olunub.

“Biz mandatın qeyri-müəyyən müddətə uzadılmasını təklif etdik. Tutaq ki, 5 və ya 20 ildir. Bizim təklifimiz qəbul edilmədi. Buna baxmayaraq, mənim fikrimcə, məsələ artıq aktuallaşıb və cari gündəliyə salınacaq”, – deyə Paşinyan qeyd edib.

O, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı da xatırladaraq deyib ki, sülhməramlıların mandatı avtomatik olaraq uzadıla bilər. Lakin o halda ki, 5 illik müddətin bitməsinə 6 ay qalmış tərəflərdən heç biri etiraz bildirməsin.

“Ermənistan tərəfinin təsdiq etməsi vacib idi ki, biz sülhməramlı mandatın avtomatik uzadılmasına etiraz etmirik və etməyəcəyik.

Qarabağda sülhməramlıların olması Qarabağ ermənilərinin təhlükəsizliyini və hüquqlarını təmin edən ən mühüm təminatdır. Ən azı etibarlı mexanizmlər və təminatlar yaranana qədər”, – o bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Namiq
    Noyabr 2, 2022 - 16:06

    Sülhməramlıların iki illik fəaliyyəti göz önündədir. “Sülhməramlılar” Qarabağda 20 il qalsalar Azərbaycan dövləti və xalqı 20 il Xankəndi üzünə həsrət qalacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*