“Sülhün təsiri altında olan hakimiyyət xalqımızı soyqırıma aparır”.
KONKRET.az xəbər verir ki, bunu müxalifətçi, erməni deputat İşxan Saqatelyan “Kanal 5” telekanalının efirində bildirib.
“Noyabrın 5-də keçiriləcək mitinqin məqsədi Qarabağın yanında olduğumuzu göstərmək və etiraz səsimizi ucaltmaqdır”, – Saqatelyan deyib.
O əlavə edib ki, gündəliyə hazırkı hakimiyyətin dəyişməsi ilə bağlı məsələ daxil edilib, bu, çətin, lakin mümkünsüz deyil.
“Fürsətdən istifadə edərək bir daha hamını mitinqə gəlməyə çağırıram. Məqsədimiz indiki vəziyyətdə ölkəni xilas etmək və bir gündə bu hakimiyyəti dəyişməkdir.
Biz bu proseslərə töhfə vermək arzusunu ifadə edən hər kəslə tam və hərtərəfli əməkdaşlığa hazırıq. Mənim partiyam, silahdaşlarım, bir çox milli qüvvələr bu məsuliyyətin yükünü öz üzərinə götürüblər. Uğur qazanmaq üçün hər şeyi etməliyik”, – deyə Saqatelyan qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az
