Sumqayıt hadisələri + iyirmi yanvar = Kaliforniyadakı aksiya… – “İstifadə etdiyin ətrin iyi gəlsəydi, məsələ tamam olacaqdı”backend

Sumqayıt hadisələri + iyirmi yanvar = Kaliforniyadakı aksiya... - "İstifadə etdiyin ətrin iyi gəlsəydi, məsələ tamam olacaqdı"

Bəlli qalmaqaldan sonra Osmanqızı TV sahibi Sevinc Osmanqızı müdafiə videosu yayıb. Gün ərzində bir neçə dəfə dinlədim. Suallarımı və etməməli olduqlarını, eyni zamanda dolayısıyla dediklərini diqqətinizə təqdim etməyi lazım bildim.

ABŞ-da, Kaliforniyada beş min erməniyə qarşı konsul əlli azərbaycanlı çıxardı. Saydakı bu dəqiqliklə israrın səbəbi nədir? Kaliforniyada erməni çoxdur, bu sirr deyil. “Beş min gələcək” məlumatını dəqiqliklə haradan bildiniz?..

Azərbaycan rəsmilərinə, ABŞ-dakı azərbaycanlı səfirlə, Kaliforniyadakı konsulun konflikti var. Təxminən işarə edir ki, iki diplomat arasındakı konfliktin nəticəsidir Kaliforniyadakı erməni-azərbaycanlı toqquşması. Ölkənin diplomatik korpusunu onsuz da şimal qonşularımız “silkələyir”, eyni prosesə Qərbdəmi qoşulur?

Səfirin keçmiş MTN əməkdaşı olmasını məhz indi xatırlatmaqla məsuliyyəti daha üstdə kimə, hara yönəldirsiniz? Ölkə üçün islahat işinin başında duran iki qurumdan birinin indikimi, keçmişmi rəhbərinini bəyənmir olduğunuz ölkə? Bir qədər də dəqiq ifadə edim. Keçmiş MTN-ə, ya indiki DTX-dan narazılıq var? Ya da ədalət üçün belə soruşum, bu formatda cümlənizin nə ifadə etdiyinin fərqindəsinizmi?

Bu məqama çox diqqət et əziz oxucu, qəfildən Sumqayıt hadisələrinə keçid…

Düşünən olar ki, rus demiş “priçyom Sumqait?”. Səbirli olun izahı var. “Exo Sumqaita” filmi yada salınır və deyilir:

Azərbaycanlılar bilmirdilər ki, etdikləri spantan addımlar deyil. Bütün bunlar haradasa düşünülüb.

O adamlar, eyforiya şəraətində idilər, ola bilsin elə bilirdilər hansısa qəhrəmanlıq edirlər. Vətən üçün nəsə edirlər, vətənpərvərllik aktları törədirdilər, bilmirdilər ki, onlar bu təxribatın, bu diversiyanın piyadalarıdır.

Adıçəkilən filmin müəllifinin fikrindən sitat gətirilir: Davud İmanovun filmdə deyildiyi kimi, biz hələ bu ləkəni, Sumqayıtın üstündən götürə bilmirik. Bu hadisələrdə adamları xəbərdar edən olmadı.

Hansı adamları, azərbaycanlılarımı? Bəyəm orada azərbaycanlılar ermənimi öldürüb?

*
Biri bu qadına başa salsın ki, Sumqayıt cinayətini ermənilərin əliylə Rusiya törətdi, Azərbaycanı ləkələmək üçün. Hələ də ciddi araşdırılması mümkün olmayan məqamları var. Hamının yaxşı xatırladığı hakim Mansur İbayev bütün təhlükələri gözə alıb, bu işi təkrar istintaqa qaytaran hakim kimi tarixə düşüb. Adamı hətta təhdid də ediblər ki, bu qərarı verməsin. Amma bu, dövlətçilik marağından, təhlükəli olduğu qədər də vacib, cəsarətli addım idi. M.İbayev məhz o addımı atıb. Mümkünsə “Qriqoryanın işi” ilə tanış olun, düzü çox ayıbdı, lap çox. Adamların başını sığallaya-sığallaya boynuna dövləti cinayət qoymaq…

*
Daha bir məqam. Oradan keçid alınır iyirmi yanvar hadisələrinə. “Biz ancaq 20 yanvarı xatırlayırıq, amma ona qədər hadisələr vardı. Ola bilsin adamlar bir-iki erməni evinə getməklə, elə bilirdi vətənpərvərlik edir”… STOP!

Bu nə millət, dövlət, xalq sevgisi?! Bu nə danışıq?! Bu nə biabırçılıq?! Kimi inandırmaq istəyirsən ədalətinə?!

Bir sözlə, çox uğursuz “müdafiə” idi. Susmaq haqqı var adamın, icazə versəydilər, əminəm bu haqdan istifadə edərdiniz.

*
…Sevinc Osmanqızının heç bir fikrini konteksdən çıxarmadım. Efir həyəcanı, zorla gülümsəmə, yastıca danışma, nazla davranma. Elə danışma ki, “obıvatel”, yəni səni sadəcə çox sevən adam, analiz edə bilməsin. Bir efirdən istifadə etdiyin ətirin iyi gəlsəydi, məsələ tamam olacaqdı. Yəni sevənlərin qarşısında naz, öz işini sən deyən effəktlə tamamlayacaqdı. Burası tutmadı deyək. Amma yaxşıca söz oynadıldı. Adamlar elə bildi onlara sığal çəkirsən. Xalqını bu dəfə qışqırıb, “əsəbiləşməklə” deyil, “sığallaya-sığallaya” rüsvay elədin.

Hamısını sona qədər izlədim gün ərzində. Yuxarıda suallarımı da təqdim etdim. İndi də gəldiyim qənaəti hər kəslə bölüşürəm. Mənə görə peşəkarca istiqamətlər bəlirlənib, ardıcıllıq sistemləşdirilir.

Sevinc Osmanqızı,

– Sumqayıt olaylarında azərbaycanlıları günahkar çıxarmaq olmazdı!

– Kaliforniyadakı hadisəni Sumqayıt və ya iyirmi yanvar hadisəsi ilə eyniləşdirmək olmazdı!

– İyirmi yanvar olayının bünövrəsi on üç yanvarda qoyulmuşdu demək, olmazdı. Hələ “erməni evlərinə girilməsəydi” replikası heç yerində deyildi!

– Sumqayıt hadisələri + iyirmi yanvar = Kaliforniyadakı aksiya formatını adamlara sırımaq olmaz! Yaxından-uzaqdan əlaqəsi olmayan şeylərdir, eyniləşdirmək millətə, Azərbaycan qarşı cinayətdir!

– Xaricdə olanlara görə Azərbaycan xüsusi xidmət orqanlarını günahlandırmaq birmənalı olmazdı!

*
Gələk hər kəsin istinad elədiyi, mənim etmədiyim keçən dəfəki çıxışdan hazırlanan məlum videoçarxa…

O videomaterial, qəzet yazısı formatının video köçürülməsi idi.

Necə?

Bir səhifəlik yazı təsəvvür edin, televiziya dili ilə desək, montajlamaq, mahiyyətini izah edən çıxarışını hazırlanmaq lazımdır beş-üç cümlədə. Sənin məlum çıxışının mahiyyəti var idi o videoda. Sənin mövqeyini “çılpaqlığı” ilə təqdim etdilər ictimai rəyə. İşinin Qərb maraqlarına işləyən biznes plan olduğunu başqa necə anlatmalı?

Jalə Mütəllimova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*