İyunun 1-də saat 11:13 radələrində Nərimanov-Böyükşor sahəsində hərəkətdə olan Bakı-Sumqayıt qatarının qarşısına qəflətən bir gənc çıxıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Məlumata görə, maşinist təcilli tormozlama aparsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub, nəticədə 2004-cü il təvəllüdlü Anar Rövşən oğlu Quliyev həyatını itirib.
