Dünəndən bəzi saytlarda Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanovun işdən çıxarılacağı ilə bağlı xəbərlər yayılır. Ancaq bu barədə hələlik TƏBİB rəhbərinin heç bir əmri və ya qərarı yoxdur. Azadxanov isə dünən də, bu gün də iş başında olub.
KONKRET.az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Tibb Mərkəzinin (STM) rəhbəri Elnur Azadxanovla bağlı bu gün əmr imzalayacaq. Artıq bu gün Azadxanovun kabinetində son iş günüdür və o, kollektivlə sağollaşacaq.
Qeyd edək ki, TƏBİB rəhbəri vəzifəyə təyin ediləndən bir çox xəstəxana rəhbərləri və “Tibb Mərkəzləri” nin direktorları ilə yollarını ayırıb. Elnur Azadxanovun isə bugünədək öz vəzifəsində qalması təəccüblü görünürdü.
Əldə etdiyimiz məlumata görə, Azadxanovu qoruyan “gizli əl” hazırda yüksək vəzifədə çalışan həmyerlisi olub. Amma görünür bu faktor da STM rəhbərinə vəzifədə qalması üçün yetərli olmayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
