Sumqayıtda binada YANĞIN – VİDEObackend

Sumqayıtda binada YANĞIN - VİDEO

Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən yaşayış binasında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.

FHN-dən KONKRET.aza verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində 2p.m. elektrik kabeli və 6 ədəd elektrik sayğacı yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 6 nəfər bina sakini təxliyə edilib.

Yaşayış binası və mənzillər yanğından mühafizə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*