Sumqayıt şəhəri, H.Əliyev prospekti, 9-cu məhəllə, bina 9 ünvanında baş verən yanğın mühafizə olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, DYMX-nın müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində üçmərtəbəli yaşayış binasının qarşısında 3 ədəd şam ağacı qismən yanıb.
Bina yanğından mühafizə olunub.
23:24
Sumqayıtda yanğın başlayıb.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, şəhərin “Dejurnu” adlandırılan ərazisi yaxınlığında çoxmərtəbəli binaların arxasında yanğın başlayıb.
Sakinlərin sözlərinə görə, bu dəqiqələrdə başlayan yanğının hansı səbəbdən baş verdiyi bəlli deyil.
