Yataqxana sakinləri təxliyə edilib – Yanğınla bağlı SON DƏQİQƏ xəbəribackend

Yataqxana sakinləri təxliyə edilib - Yanğınla bağlı SON DƏQİQƏ xəbəri

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN-in Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

Əlavə məlumat veriləcək.

***

Bu gün axşam saatlarında Sumqayıtda yanğın başlayıb.

KONKRET.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən kollecin yataqxanasında qeydə alınıb.

Hazırda FHN-in yanğınsöndürmə briqadası hadisə yerinə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*