Sumqayıtda marşrut avtobusları toqquşdu – Yaralılar var – VİDEObackend

Sumqayıtda marşrut avtobusları toqquşdu - Yaralılar var - VİDEO

Sumqayıtda iki marşrut avtobusu toqquşub.

KONKRET.az xəbər verir ki, səhər saatlarında şəhərin Sülh prospektində 3 nömrəli xətt üzrə hərəkət edən 50 AE 771 dövlət nömrə nişanlı avtobus qarşıdan gedən 9 nömrəli xətt üzrə hərəkət edən 50 AE 731 dövlət nömrə nişanlı marşrut avtobusuna çırpılıb. Nəticəsində 14 nəfər xəsarət alıb.

İlkin tibbi yardım göstərilən 12 nəfər evə buraxılıb, 2 nəfər isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanaya yerləşdirilmiş N. Əliyeva və M. Məmişovun vəziyyəti orta-ağırdır.

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı araşdırma aparılır./APA/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*