Sumqayıtda restoranda yanğın oldubackend

Sumqayıtda restoranda yanğın oldu 

Sumqayıtda restoranda yanğın olub.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhərində restoranın ərazisində ümumi sahələri 40 m² və 20 m² olan taxta konstruksiyalardan ibarət 2 ədəd kotec yanıb. Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 10 m² olan kotecin plastikdən ibarət qapı və pəncərəsi, ümumi sahəsi 30 m² olan tikilinin plastikdən ibarət pəncərəsi əriyib. Kotec və tikilinin qalan hissəsi, ərazidə olan digər koteclər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*