Sumqayıtda sexdə baş vermiş yanğın söndürülüb.
Bu barədə KONKRET.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 41-ci məhəllə, Çerkassi küçəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının şüşə istehsalı sexində baş verdiyi müəyyən olunub.
Yanğından mühafizə bölmələrinin operativ fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.
Əlavə məlumat veriləcək.
21:37
Sumqayıtda şüşə məmulatlar istehsal edən sex güclü yanğın olub.
KONKRET.az xəbər verir ki, hadisə Çerkassı küçəsində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və 7 yanğınsöndürən maşını cəlb olunub.
Hazırda yanğının söndürülməsi işləri davam edir.
20:58
Sumqayıtda sexdə yanğın baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində sexdə yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
