backend

Sumqayıtda "Sprinter" dirəyə çırpıldı - Ölən var - VİDEO

Bakı-Sumqayıt yolunda mikroavtobus yolun kənarındakı dirəyə çırpılıb.

KONKRET.AZ xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.

Sumqayıtdan Bakı istiqamətinə hərəkətdə olan “Mercedes Sprinter” markalı 10 ND 312 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb və yolun qarşı hərəkət istiqamətinə keçib.

Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub. Qəza zamanı 1 nəfər ölüb.

TƏBİB-dən verilən məlumata görə, hadisə mikroavtobusun piyadanı vurması nəticəsində baş verib.

Piyadanı vuran mikroavtobus idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb.

Nəticədə sürücü ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*