Sumqayıtda yaşayış binasında YANĞINbackend

Sumqayıtda yaşayış binasında YANĞIN

Sumqayıt şəhərində yaşayış binasında yanğın olub.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsi, Q.Qarayev küçəsində baş verib. İkimərtəbəli taxtadan inşa olunan yaşayış binasının 2-ci mərtəbəsində olan mənzillərdən birində qəfil yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar. Yanğın qısa zamanda söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

İlkin ehtimallara görə, yanğına səbəb qısaqapanma olub.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*