Sumqayıtdakı yanğında 5 FHN əməkdaşı xəsarət alıb – YENİLƏNİBbackend

Sumqayıtdakı yanğında 5 FHN əməkdaşı xəsarət alıb - YENİLƏNİB

Sumqayıtda “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğında daha 4 FHN əməkdaşı xəsarət alıb.

KONKRET.azın məlumatına görə, onlar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.

Qeyd edək ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerindədir.

21:03

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın davam edir.

TƏBİB-dən KONKRET.az-a verilən məlumata görə, dərhal hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub.

O bildirib ki, 1 nəfər yanğınsöndürən aşağı ətrafın yanığı ilə hospitalizasiya olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*