Sumqayıtdakı yanğında zəhərlənənlərin SAYI ARTDI – Son durumbackend

Sumqayıtdakı yanğında zəhərlənənlərin SAYI ARTDI - Son durum

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib.

KONKRET.az xəbər verir ki, bu barədə “Report”un hadisə yerində olan əməkdaşı xəbər verir. Zərərçəkənlərə tibbi yardım göstərilib.

Qeyd edək ki, yanğınla mübarizə tədbirləri davam etdirilir. Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb. FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

Eyni zamanda yanğına əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib. Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

Xatırladaq ki, bundan öncə mediada yanğın zamanı 1 nəfərin zəhərlənməsi haqda məlumat yayılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*