Sunday Times: “Azadlıq və spirtli içki zəngin İranlıları Türkiyəyə çəkir”backend

Sunday Times: "Azadlıq və spirtli içki zəngin İranlıları Türkiyəyə çəkir"

KONKRET.az xəbər verir ki, İngiltərədə yayımlanan “Sunday Times” qəzeti “Azadlıq və spirtli içki İranın zənginlərindən Türkiyəyə çəkir” başlıqlı bir xəbər yayımlayıb.

ABŞ sanksiyalarının iqtisadiyyatını mənfi təsir etdiyi İrandan çox sayda adamın Türkiyəyə qaçdığını vurğulayan qəzet keçən il bu rəqəmin 30 min olduğunu yazıb.

“Sunday Times”in Orta Şərq müxbiri Louise Kallaxan xəbərində “Orta sinif İranlılar Türkiyəyə axın edir, bura viza ehtiyac duymadan səyahət edə bildikləri ən az ölkədən biridir”, deyə qeyd edib.

Qəzetə danışan Türkiyədə yaşayan iranlılardan Maryam Seda “Burada hər şey çox daha asan. İranda yaşamaq qeyri-mümkün. İqtisadiyyat çox pis və etirazlar məni qorxudur. Günlərdir anamla ünsiyyət yarada bilmirəm”, – deyib.

İranda keçən həftə başlayan etiraz aksiyaları bir çox şəhərə təsir edib və hökumət bir tədbir olaraq interneti kəsib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*