Suriyada keçid dövrünün prezidenti Əhməd əl-Şaraandırbackend

Suriyada keçid dövrünün prezidenti Əhməd əl-Şaraandır

Suriyanın faktiki lideri öz hakimiyyətini möhkəmləndirərək ölkənin keçid prezidenti elan edilib.

KONKRET.az xəbər verir ki, Suriyanın “Əl Vətən” qəzetinin “Teleqram” kanalında dərc olunan bəyanatda deyilir: “Cənab Əhməd əl-Şaraanın keçid dövründə ölkə prezidenti təyin olunduğunu elan edirik. O, Suriya Ərəb Respublikası prezidentinin vəzifələrini yerinə yetirəcək və onu beynəlxalq tədbirlərdə təmsil edəcək”. Xatırladaq ki, 2024-cü il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar. Bundan sonra Bəşər Əsəd rejimi devrildikdən sonra  Əhməd Əl-Şaraa müvəqqəti hökumətə rəhbərlik edir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*