Sürücülərin DİQQƏTİNƏ! – Buna görə testdən keçiriləcəksinizbackend

Sürücülərin DİQQƏTİNƏ! - Buna görə testdən keçiriləcəksiniz

Tədqiqatçılar müəyyən ediblər ki, koronavirusa tutulan insanların ən yoluxucu dövrü simptomların başlanmasından bir neçə gün əvvəl olur. Bu barədə çinli alimlərin araşdırmasından sonra məlum olub.

Məlum olub ki, COVID-19-a yoluxma hallarının 44 faizi simptomsuz xəstələrdən keçir. Tədqiqatçıların fikrincə, yoluxuculuq qabiliyyəti xəstəlik simptomların başlamasından 2-3 gün əvvəl baş verir və mənbədə xəstəliyin başlanmasından 0-7 gün əvvəl pik həddə çatır. Onlar bildiriblər ki, epidemiyanı dayandırmaq üçün virusu yayanların 90 faizindən çoxu təyin olunmalıdır. Bunun üçün isə insanlar kütləvi şəkildə koronavirus testindən keçməlidir.

Ölkəmizdə müraciət edən vətəndaşların koronavirus testindən keçdiyi haqqında hər birimiz məlumatlıyıq. Zərurət yaranarsa, hansı sahələrdə işləyən vətəndaşların koronavirus testindən keçiriləcəyi bizi maraqlandıran suallar içərisindədir.

Bununla bağlı SONXEBER.AZ-a danışan TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva açıqlamasında bildirib ki, hələki müraciət edən şəxslər koronavirusa aid testdən keçirilir. Eyni zamanda ayrı-ayrı peşə sahibləri- həkimlər, tibb işçiləri, poliklinik xidmətlər göstərən həkimlər və koronavirus epidemiyasına görə işləyən məsul şəxslər testdən keçirilir.

TƏBİB-dən gələcəkdə mərhələli şəkildə çox ehtimalla digər sahələrdə işləyənlərin də testlərdən keçirilməsinin mümkün olacağı açıqlanıb. Hələki belə bir fikrin olmadığı bildirilib.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva həmçinin qeyd olunan ehtimallar içərisində, gələcəkdə sürücülərin də koronavirus testindən keçirilə biləcəyini də diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*