Sabunçu rayonu Ramana qəsəbəsi “Şuşa şəhərciyi”ndə market yanır.
KONKRET.az Report-a istinadla xəbər verir ki, qəsəbə ərazisində “Al Market”də baş verən yanğına Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.
FHN-in mətbuat xidmətindən bildirilib ki, nazirliyin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib və yanğının söndürülməsi istiqamətində işlər aparılır.
