“Şuşaya gedən səfirlər anlamalıdırlar ki, bu, qanunsuz səfərdir” – Beqlaryan sərsəmlədibackend

"Şuşaya gedən səfirlər anlamalıdırlar ki, bu, qanunsuz səfərdir" - Beqlaryan sərsəmlədi

“Şuşaya səfər edən səfirlər anlamalıdırlar ki, bu, işğal olunmuş ərazilərə edilmiş qanunsuz səfərdir”. 

KONKRET.az xəbər verir ki, bu cür absurd bəyanatla separatçı “aparat rəhbəri” Artak Beqlaryan çıxış edib.

O, ölkələri rəsmi Bakını dəstəkləməməyə çağırıb.

Görünən odur ki, yenicə “vəzifəyə” gətirilən Beqlaryan auditoriyaya işləmək vərdişindən əl çəkmir. Vaxtaşırı Azərbaycana qarşı verdiyi təxribat xarakterli açıqlamalarla erməni cəmiyyətinin rəğbətini qazanmağa çalışan bu şəxsin beynəlxalq qurumlara etdiyi müraciətlər də cavabsız qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*