Yaz fəsli olmasına baxmayaraq, Laçın rayonu və Şuşa şəhəri ərazisində qarlı hava şəraiti müşahidə edilib.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, axşam saatlarında qar yağmağa başlayıb. Yağıntı əsasən Laçın rayonunun Minkənd kəndi ərazisində müşahidə edilib.
Qısa müddətdə intensivləşən yağıntı ətrafı ağ örpəyə bürüyüb.
Həmin görüntüləri təqdim edirik: