Tacikistanda 5 maqnitudalı zəlzələ oldubackend

Tacikistanda 5 maqnitudalı zəlzələ oldu

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində 5 maqnitudalı zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin seysmik proqnozlaşdırma mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 200 km dərinlikdə yerləşib.

Zəlzələnin episentri rayonun inzibati mərkəzi Xoroq şəhərindən təxminən 40 km aralıda dağlıq ərazidə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*