Tacikistanda əhali etirazlara qalxıb.
KONKRET.az xəbər verir ki, Tacikistan Prezidenti Emoməli Rəhmon KTMT sammitinə getdiyi bir vaxtda ölkədə (Dağlıq Bədəxşan Muxtar Vilayətində) iğtişaşlar başlayıb, hərbçilərlə toqquşmalar baş verib, ilk qurbanlar barədə təsdiqlənməmiş məlumatlar var.
Bir müddət öncə Tacikistanda ərzaq qiymətlərində kəskin artım baş verib, milli valyuta xeyli dəyər itirib. Rusiyadakı böhran, iş və maaşların olmaması indi çoxlarını işsiz, pul və köçürmə olmadan evlərinə qayıtmağa məcbur edir, bu da sosial gərginliyi artırıb.
Bundan əlavə, Əfqanıstanla sərhəddə taciklər Talibanla atışma baş verib. Hazırda sərhəddə tacik müxalifəti və Talibanın tacik müttəfiqləri, müxtəlif hesablamalara görə, 6 mindən 10 minə qədər döyüşçü cəmləşib. Potensial hücuma qarşı mübarizə aparacaq heç kim yoxdur, çünki Tacikistan ordusunun təsirli bir hissəsi Qırğızıstanla münaqişənin getdiyi Fərqanə vadisində yerləşdirilib.
Xuraman Etibarlı,
KONKRET.az
