Tacikistandakı banklar pul köçürmələri ilə əlaqədar iş saatlarını artırdıbackend

Tacikistandakı banklar pul köçürmələri ilə əlaqədar iş saatlarını artırdı

 

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Tacikistan Milli Bankı ölkənin kredit təşkilatlarına iş gününün uzunluğunu artırmağı tapşırıb.

Artıq tapşırığa uyğun olaraq respublika bankları axşam yeddiyə qədər işləyəcək.

“Müştərilər üçün əlverişli şərait yaratmaq üçün bu il dekabrın 11-dən etibarən Milli Bank kredit təşkilatlarına bölgədəki bank mərkəzlərinin iş vaxtını saat 19: 00-a qədər artırmağı tapşırıb”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, bu yaxınlarda Tacikistan Milli Bankı yeni ödəmə sisteminə qoşulub. Beləliklə, miqrantlar arasında populyar olan “Unistream” ödəmə sistemindən istifadə edərək, kart nömrəsi ilə respublikaya pul göndərə bilər.

Rusiyanın bir sıra bankları və xidmətləri respublikadakı vəsaitlərin mənimsənilməsi ilə bağlı problemlərlə üzləşiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*