Amerikalı jurnalist Taker Karlson maraqlı açıqlamaları ilə diqqət çəkib.
KONKRET.az xəbər verir ki, o, həmkarı Mett Taibbi ilə söhbətində Co Bayden administrasiyasının Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdləri barədə danışıb: “Bayden administrasiyası Putini öldürməyə çalışdı. Bu, sadəcə dəlilik idi”, –deyə jurnalist bildirib. Lakin o, səsləndirdiyi məlumatı təsdiqləyən heç bir məlumat verməyib. Karlson həmçinin Antoni Blinkenin ABŞ dövlət katibi vəzifəsində işlədiyi son iki ay ərzində Moskva ilə Vaşinqton arasında gərginliyə nail olmaq istəyini açıqlayıb.
Jurnalist daha əvvəl Qərbin siyasətini məhvedici adlandırmışdı. Jurnalistin fikrincə , Qərbi Avropa dövlətləri bilərəkdən özünü məhv etməyə doğru gedir.
Vəli Həsənoğlu,
KONKRET.az