Məhəmməd Salah sürücülük hüququndan məhrum edildibackend

Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi

Məhəmməd Salah İngiltərədə sürət həddini aşdığına görə 6 ay müddətinə sükan arxasından uzaqlaşdırılıb və 660 sterlinq məbləğində cərimə olunub.

KONKRET.az xəbər verir ki, Salaha həmçinin 120 sterlinq məhkəmə xərci və 264 sterlinq zərərçəkənə dəstək əlavə haqqı ödəmək cəzası verilib.

Salah 2022-ci ildə də Stokportda sürət həddini aşmış və 200 sterlinq cərimə ilə 3 cəza balı almışdı.

İngiltərə mətbuatında yer alan məlumatlara görə, hadisə misirli ulduzun ötən mövsümün sonunda “Liverpul”dan ayrılacağını elan etməsindən iki gün sonra baş verib. Mart ayında Çeşir qraflığındakı Uilmslou bölgəsində səyyar sürət kamerasına düşən Salahın 400 min sterlinq dəyərindəki avtomobili ilə 30 mil sürətlə hərəkət etməli olduğu yolda 36 mil sürətlə irəliləyərək sürət həddini aşdığı təsbit olunub.

Qeyd edək ki, Salah 2017-ci ildən “Liverpul”da çıxış edirdi. Avqust ayında 34 yaşlı misirli futbolçu azad agent kimi “Trabzonspor”a transfer olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*