Trampdan gözlənilməz addım: Belarusla böyük saziş elan olundubackend

Trampdan gözlənilməz addım: Belarusla böyük saziş elan olundu

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Belarusla kalium gübrələrinin alınmasına dair əsaslı razılaşma bağlamaq üzrədir.

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, ABŞ-ın Belarusdan kalium alışına dair böyük bir saziş üzərində işlədiyini açıqlayıb.

“Qiymət hazırda Kanadaya ödədiyimiz məbləğdən xeyli aşağı olacaq. Bu da fermerlərimiz və fermer təsərrüfatı sahiblərimiz üçün çox yaxşı xəbərdir”, – deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ məhbusların azad edilməsi müqabilində Belarusa qarşı tətbiq edilən sanksiyaları yumşaltmağa başlayıb. Xüsusilə, kalium gübrələrinin iri istehsalçısı olan “Belaruskali” şirkəti sanksiya siyahısından çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*