Rusiyada taksi sürücülərinin iş rejimi 12 saatla məhdudlaşdırıla bilər.
KONKRET.az TASS–a istinadən xəbər verir ki, belə bir norma Rusiya Federasiyası Nəqliyyat Nazirliyi tərəfindən hazırlanmış qanun layihəsində nəzərdə tutulub.
Bildirilib ki, taksi birinci sifarişini yerinə yetirmək barədə məlumat aldığı andan 12 saatdan çox işləyə bilməz.
Qeyd olunub ki, norma 2023-cü il sentyabrın 1-dən 2029-cu il sentyabrın 1-dək qüvvədə olacaq.
İqbal Rzayev,
KONKRET.az
