“Taliban” Pəncşirdəki müqavimət qüvvələrini MÜHASİRƏYƏ ALDIbackend

"Taliban" Pəncşirdəki müqavimət qüvvələrini MÜHASİRƏYƏ ALDI

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması Pəncşir vilayətindəki müqavimət qüvvələrini mühasirəyə alıb.

KONKRET.az xəbər verir ki,”Taliban” məsələni sülh yolu ilə nizamlanmaya çalışdığını bildirib.

Pəncşirdə Əhməd Məsud və vitse-prezident Əmənulla Salehin müqavimət qüvvələri “Taliban”a qarşı mübarizə üçün toplaşıblar.

Qeyd edək ki, Əfqanıstanda ən mürəkkəb relyefə malik əyalət – 140 mindən çox əhalisi olan Pəncşir, Kabildən çox da uzaqda deyil. Pəncşir, ölkədə taliblərin nəzarətinə keçməyən yeganə əyalətdir. “Taliban”, hətta 1990 -cı illərdə Əfqanıstanda ilk dəfə hakimiyyəti ələ keçirilərkən buna nail ola bilməyib. Buna görə, əyalət coğrafi mövqeyi baxımından strateji əhəmiyyətə malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*