backend

“Taliban” Pəncşirin daha 2 bölgəsini ələ keçirdi

Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” döyüşçüləri Pəncşir vilayətinin daha 2 bölgəni nəzarətə götürdüklərini açıqlayıb.

KONKRET.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qruplaşmanın nümayəndələri məlumat yayıb.

Qeyd olunub ki, Pəncşir vilayətinin Hinc və Ənnaba bölgələri “Taliban”ın nəzarətinə keçib. Ələ keçirilən Hinc bölgəsi strateji əhəmiyyətli ərazi hesab olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*