Əfqanıstanda Əxlaqın Təbliği Nazirliyi qadınlar üçün yeni şöbə yaradacaq.
KONKRET.az xəbər verir ki, bu barədə “TOLO News” məlumat yayıb.
Bildirilib ki, nazirlik Əfqanıstanda “Taliban” hərəkatı hakimiyyətə gəldikdən sonra yaradılıb.
Nazirliyin sözçüsü Məhəmməd Sadiq Akif bildirib ki, yeni şöbə əsas diqqəti qadınlarla bağlı islahatlara yönəldəcək.
Qeyd edək ki, “Taliban” hakimiyyətə gəldikdən sonra əllərin kəsilməsi və ölüm hökmü bərpa edilib. Kişilərə saqqal qırxmaq qadağan edilib. Qadınlardan isə burka geyinmələri tələb olunur.
İqbal Rzayev,
KONKRET.az
