“Taliban” “Qırmızı şeytanlar”ı Pəncşirə atır – ƏTRAFLIbackend

"Taliban" “Qırmızı şeytanlar”ı Pəncşirə atır - ƏTRAFLI

Taliban, “Qırmızı Şeytanlar” kimi tanınan gizli xüsusi təyinatlılarını Pəncşir əyalətinə göndərmək qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş xüsusi təyinatlı zabiti Andrey Dibin danışıb.

Onun sözlərinə görə, “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirməkdən əvvəl yerli sakinlərdən öz xüsusi təyinat dəstələrini yaratmağa başlayıb. Həmçinin, ABŞ qoşunları ölkəni tərk etməyi başlayandan sonra, xüsusi təyinatlılar da daxil olmaqla, çoxlu keçmiş Əfqanıstan ordusunun əsgərləri, “Taliban”a qoşulub. Onların bəziləri ABŞ-da hazırlıq keçib. Əfqanıstan ordusundan qaçanların axını sayəsində yaraqlılar xüsusi təyinatlılarının sayını qısa müddətdə demək olar ki, beş dəfə – 1,5 min döyüşçüyə qədər artırmağı bacarıb.

Dibin qeyd edib ki, “Qırmızı şeytanlar” yüksək səviyyəli hazırlığa malikdir. Eyni zamanda dəstə yaxşı silahlanıb – onlara məxsus arsenalının əsasını ABŞ ordusunun gedişindən sonra ölkədə qalan müasir silah və avadanlıqlar təşkil edir. Döyüşçülərin sərəncamında M16A4 hücum tüfəngləri, qorunan radio stansiyaları, habelə gecə görmə və termal görüntü cihazları var. Bunun sayəsində onlar artıq gecə xüsusi əməliyyatları həyata keçirə bilər. Bundan əlavə, “Qırmızı Şeytanlar”, “Taliban”ın əlinə keçən “UH-60 Black Hawk” helikopterlərindən istifadə edir.

Qeyd edək ki, Pəncşir Əfqanıstanda taliblərə tabe olmayan yeganə əyalətdir. Hal-hazırda Pəncşirdə Əhməd Məsudun başçılığı altında müqavimət qüvvələri cəmləşib./virtualaz/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*