Taliban Əfqanıstanda hakimiyyət məsələsinin güc yoluyla həllinə hazırlaşır.
KONKRET.az xəbər verir ki, bu iddia ilə Müasir Əfqanıstanın Tədqiqat Mərkəzinin direktoru Ömər Nessar çıxış edib.
“Onlar danışıqlara getməyə hazır deyillər və hakimiyyətin güc yoluyla ələ keçirilməsinə yatırım edirlər. Bu, situasiyanın eskalasiyasına gətirib çıxaracaq. Bu baxımdan Talibanın əleyhdarları da təslim olmağa hazır deyillər. Əgər hər şey belə davam etsə, Əfqanıstanın gələcəyini taliblərlə indi onlara qarşı formalaşan qüvvələrin böyük savaşı müəyyənləşdirəcək.
Taliban müəyyən məsələlərdə populist kimi davranır. Hansısa planlar qurmaq, onların vədləri əsasında perspektivi görmək doğru olmazdı. Bu hökumət deyil, qadağan olunmuş qruplaşmadır”, – deyə o bildirib.
