Tanınmış azərbaycanlı müxalifətçi siyasətdən GETDİ – ÖZÜ AÇIQLADIbackend

Tanınmış azərbaycanlı müxalifətçi siyasətdən GETDİ - ÖZÜ AÇIQLADI

Azər Süleymanov Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasını tərk edib.

KONKRET.az verir ki, bu barədə o, Facebook hesabında yaydığı müraciətdə bildirib.

İllərdir partiyada təmsil olunan müxalifətçi siyasi fəaliyyətini müvəqqəti dayandırdığını qeyd edib:

“Bu qərarın səbəbi partiyada olan bəzi insanların bizim xidmətlərimizi və siz seçicilərin fikirlərini layiqli şəkildə dəyərləndirməməsi oldu. Son bir ildə baş verən hadisələr bunun bariz nümunəsidir.

Mənim partiyada olan çoxlu sayda dostlarıma hörmətim naminə bəzi detalları açıqlamaq istəmirəm. Düşünürəm ki, bütün bunlara rəğmən VMH partiyasında öz fəaliyyətimi davam etdirməyim sizlərə qarşı haqsızlıq olar”.

Qeyd edək ki, A.Süleymanov 1999-2004-cü illərdə deputat olub. 2003-2008-ci illərdə Kvemo Kartli bölgəsinin qubernator müavini vəzifəsində çalışıb. 2008-ci ildən 2020-cı ilədək yenidən parlamentdə təmsil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*