Tanınmış fiqurlu konkisürənin hər iki ayağı AMPUTASİYA EDİLDİbackend

Tanınmış fiqurlu konkisürənin hər iki ayağı AMPUTASİYA EDİLDİ

Tanınmış fiqurlu konkisürənin hər iki ayağı amputasiya edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Buz üstündə rəqs üzrə 2006-cı il Olimpiya çempionu Roman Kostomarov yanvarın 10-da pnevmoniya diaqnozu ilə reanimasiyaya yerləşdirilib.

Sonradan məlum olub ki, o, EKMO aparatına qoşulub və 5 gündən çox bu vəziyyətdə qalıb. Beş gün davam edən bu vəziyyət toxumaların ölümünə səbəb olub.

“Təəssüf ki, hər iki ayağı amputasiya etmək məcburiyyətində qaldıq… Əməliyyat normal keçdi. Ümumiyyətlə, bədəndə sağalma gedir. İndi əlləri uğrunda mübarizə aparırıq. Romanın huşu özündədir. Ümumi vəziyyət yaxşılaşır. Amma o, həkimlərin ciddi nəzarəti altında reanimasiyada qalmağa davam edir”, – deyə xəstəxanadan bildirilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*