Tanınmış idmançı alkoqolla bağlı ittihamlara cavab verdibackend

Tanınmış idmançı alkoqolla bağlı ittihamlara cavab verdi

Fiqurlu konkisürmə üzrə rusiyalı idmançı Yevgeni Medvedeva alkoqolun həddindən artıq istifadəsi ilə bağlı ittihamlara cavab verib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Sport24 nəşri yayıb.

İdmançı “İnstagram”da canlı yayım keçirib, bu şayiələri təkzib edib.

O qeyd edib ki, alkoqol haqqında suallar ona “Spinning Out” serialından sonra gəlməyə başlayıb.

Burada əsas qəhrəman — Olimpiya Oyunlarına hazırlaşan idmançı tez-tez alkoqollu içkilərdən istifadə edir.

“Bu, doğru deyil! Fiqurlu konkisürənlər belə hərəkət etmirlər. Və mən düşünmürəm ki, idmanda yüksək nailiyyət qazanan biri belə addıma əl atar”, — Medvedeva bildirib.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*