Tanınmış jurnalistdən “KONTAKT HOME”a ETİRAZ: “Niyə ödəniş kağızını təqdim etmirsiniz”backend

Tanınmış jurnalistdən "KONTAKT HOME"a ETİRAZ: "Niyə ödəniş kağızını təqdim etmirsiniz" 

Zaman-zaman bir çox müştərilərin “KONTAKT HOME” mağazalar şəbəkəsindən narazı olduqlarına dair yerli mediada materiallar dərc edilib. Bəziləri satılan malların digər mağazalara nisbətən baha olmasından, digərləri kredit şərtlərindən, bir qisim insan isə məhsulların keyfiyyətindən şikayət edirlər. Təəssüflə qeyd etməliyik ki, adıçəkilən mağazalar şəbəkəsindən bir çox media nümayəndəsi də narazı qalıb.

Bu barədə KONKRET.az-a danışan tanınmış jurnalist Elmir Muradov bildirib ki, “Kontakt Home”dən kreditlə telefon götürsə də, sonradan baş verənlərə görə, peşman olub: “Ətrafımdakı dostlar, tanışlar “Kontakt Home”dan “heç vaxt, heç nə alma” deyirdilər, amma onları dinləmədim. Həytımda ilk dəfə kreditə telefon götürdüm, onda da ortaya problem çıxdı. Deməli, ötən il iyulun 18-də götürdüyüm kreditin əksər vaxtlar ödənişini daha tez və çox edirdim ki, məbləğ vaxtından əvvəl bitsin. Axırıncı dəfə “Paypoint”dən 32 manat ödədim, kreditimin bitdiyini sanırdım. Amma şirkət iddia edir ki, kredit hələ bitməyib. Tərslikdən də çekləri saxlamamışam. Məbləği ödəyəcəm, çünki özü yıxılan ağlamaz. Vaxtında dostların sözünü dinləsəydim belə də olmazdı. Sadəcə indi “Kontakt Home”-dan ödədiklərimi yazılı formada mənə təqdim etmələrini istəyirəm, amma verə bilməyəcəklərini deyirlər. Mən də deyirəm əgər şəffafsınızsa, aldatmırsınızsa niyə ödəniş kağızını təqdim etmirsiniz, nədən çəkinirsiz?. Susurlar, deməli bundan sonra oradan nəsə almaq lazım deyil”.

Bir 2 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*