Tanınmış numeroloq: Dünya bu tarixdə rahatlıq tapacaqbackend

Tanınmış numeroloq: Dünya bu tarixdə rahatlıq tapacaq

2029-cu ildə dünyada stabilləşmə başlayacaq.

KONKRET.az xəbər verir ki, bu sözləri tanınmış numeroloq Xəyal Məmmədov Musavat.com-a Rusiya-Ukrayna savaşı ilə bağlı açıqlamasında deyib.

O bildirib ki, 2022 çox ağır energetikalı ildir:

“Bu il başlamamışdan əvvəl də bəzi müsahibələrimdə bunu qeyd etmişdim, 2022 çox mənfi enerjili rəqəmdir. Ancaq bunun mənfiliyi yalnız 2022 ilə bitmir. 2022-də olan 2 ədədi sıfırlanır. 3 ədəd 2-nin cəmi isə 6 edir. Bunun mənası odur ki, 2022-ci ildən sonrakı 6 ildə – 2028-ci ilə qədər dünya xəritəsində çox böyük dəyişikliklər baş verəcək. Yəni bu neqativ sadəcə bu illə bitməyəcək. Müxtəlif bölgələrdə müharibələr olacaq. Təəssüf ki, yaxın müddətdə Rusiya-Ukrayna müharibəsi bitməyəcək. Rəqəmlər də bunu göstərir ki, savaş hələ davam edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*